Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib.
APA xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə vətəndaşların rahatlığı, eləcə də gənclər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfər edib.
Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Dövlət başçısı müvafiq tapşırıqlarını verib.
Digər xəbərlər