Astarada yanmış evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub

2019-12-09 Baxış: 723
img

Astarada yanan evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, rayonun Şiyəkəran kəndində 1961-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun Əliyev Sadıq Noruz oğlunun evində yanaraq ölməsi bildirilib.

Hadisə yerinə və yanmış evə baxış keçirilərkən ev sahibi S. Əliyev saxlanılıb. 

Məlum olub ki, S. Əliyev C.Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı S. Əliyev C.Əliyevin əvvəlcə başına odun parçası ilə, daha sonra isə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.

Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.