"EuroHome"da baş verən yanğına təyyarə və 3 helikopter cəlb olunub.Foto.Video
Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verən əraziyə gəlib.
MAYAKİNFO xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri, 1 ədəd "BE-200ÇS" tipli təyyarə və 3 helikopteri cəlb olunub.
Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurumlarının rəhbərləri hadisə yerindədir. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Digər xəbərlər