YAP Neftçala rayon təşkilatı “Xalq üçün” şuarı ilə təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

2019-12-18 Baxış: 765
img

YAP Neftçala rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

MAYAKİNFO xəbər verir ki, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının seçki qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar Neftçala rayonunun Aşağı Qaramanlı, Şirvanlı və Yeniqışlaq kəndlərində  seçicilərlə görüşlər keçirib. Görüşdə YAP Neftçala rayon təşkilatı Seçki Qərargahının sədri və YAP Neftçala rayon təşkilatının sədri  Anar Cəfərov seçicilər qarşısında çıxış edərək ölkədə həyata keçirilən iri miqyaslı layihələrin ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlı olduğunu və bütün bunların hər bir vətəndaşın gözü qabağında baş verdiyini seçicilərin nəzərinə çatdırıb

YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Fərzəliyev isə öz çıxışında qeyd edib ki, neftçalalı seçicilər bütün seçki prosesslərində çox böyük fəallıq göstərərək dövlətə və dövlətçiliyə sədaqətlərini nümayiş etdiriblər. Əminliklə bildiriblər ki, bu kəndlərin seçiciləri də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.