Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib
2019-12-23
Baxış: 626
Dekabrın 23-də müasir müstəqil Azərbaycanın tarixində növbəti bələdiyyə seçkiləri günüdür.
MAYAKİNFO xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəldilər.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Sonra birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva səs verdilər.
×
Digər xəbərlər
2021-11-04
2023-04-18