Salyanda fəhlələri daşıyan mikroavtobus aşdı

2020-01-10 Baxış: 802
img

Bu gün səhər saatlarında Salyan rayonunun ərazisində fəhlələri rayonunun Qırxçıraq yaşayış massivində yerləşən istixanaya aparan mikroavtobus aşıb.

MAYAKİNFO-nun Virtualaz.org-dan əldə etdiyi məlumata görə, Salyan- Şirvan yolunun Salyanın Qırxçıraq kəndinin ərazisində baş verən qəzada istixanaya işləməyə gedən Sabirabad rayonunun Muğangəncəli kənd sakinləri - 49 yaşlı Nüşabə Nadir qızı Mirzəyeva, 61 yaşlı Faiq Yavər oğlu Quliyev və 60 yaşlı Dilbər Allahpayı qızı Hüseynova müxtəlif dərəcəli xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Onlar əsasən yanıq xəsarətləri alıblar. Belə ki, istixanaya işləməyə gedən adamların özləri ilə götürdükləri qaynar çay ilə doldurulmuş termoslar qəza zamanı qırılaraq üzərlərinə tökülüb. Hadisənin fəhlələri daşıyan “QAZel” in qəflətən qarşısına çıxan avtomaşınla toqquşmadan yayınarkən idaretməni itirməsi nticəsində baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.