Neftçalada yaşayan Sura nənə zərif əlləri ilə xariqələr yaradır. Fotolar

2020-01-14 Baxış: 5399
img

Neftçala rayonunun Kürkənd kəndində yaşayan 68 yaşlı  Sura Əliyeva öz zərif əlləri ilə müxtəlif cür dekorativ tətbiqi sənət nümunələrə düzəldir.

MAYAKİNFO-nun əməkdaşı Sona Haxıyeva Sura nənənin Kürkənd kəndində yerləşən evində olmuş və onun düzəltdiyi əl işləri ilə yaxından tanış olmuşdur. Sura Ağaqulu qızı Əliyeva 1952-ci ildə Neftçala rayonunun Boyat kəndində anadan olmuşdur. 1968-ci ailə həyatı qurub və 6 övlad dünyaya gətirib. Övladlarının dördü Bakıda, ikisi Almaniyada yaşadığı üçün yoldaşı rəhmətə gedəndən sonra tək yaşayır. Sura nənə deyir ki, elə uşq vaxtlarından bu sənətə böyük maraq göstərmiş, sonralar bu sənətlə daha çox məşğul olmağa başlamışdır. İndi də tək yaşadığına görə özünü tamamilə bu sənətə həsr edib, vaxtını ancaq bu işə sərf edir. Aldığı təqaüdün də böyük hissəsini bu gözəl əşyalı düzəltmək üçün lazım olan bəzəy əşyaları almaq üçün xərcləyir. Dekorativ sənət nümunələrini düzətmək üçün Sura Əliyeva balıqqulağından, quş lələyindən, müxtəlif cür qaşlardan istifadə edir. Sura nənə həm də həyətində müxtəlif güllər becərir, demək olar ki, həyətində bütün növ güllərə rast gəlmək olar. Əli ilə düzəltdiyi sənət əsərlərində də gülllər daha çox üstünlük təşkil edir.