Oğuzda bələdiyyə binası tamamilə yanıb.Video
Oğuz rayonunun Filfilli kəndində yanğın hadisəsi baş verib.
MAYAKİNFO-ya kənd sakinlərinin verdiyi məlumata görə, yanvar ayının 18-i saat 05:00 radələrində Filfilli kəndinin bələdiyyə binası qəfildən yanmağa başlayıb. Yerli sakinlər yanğını söndürməyə çalışsalar da, yanğının intensivliyi buna imkan verməyib. Nəticədə bələdiyyə binasının içindəki bütün əşyalar və sənədlər yanaraq kül olub. Sakinlərin dediyinə görə binanın içərisində yanğına səbəb olacaq nə elektrik xətti, nə də qaz xətti olmamışdır. Yanğının baş vermə səbəbi müvafiq orqanlar tərəfindən araşdırılır.
Qeyd edək ki, yanvar ayının 18-də Filfilli kənd bələdiyyəsinin yeni seçilmiş üzvlərinin ilk yığıncağının keçirilməsi və yeni bələdiyyə sədrinin seçilməsi nəzərdə tutulmuşmuş.
Digər xəbərlər