Bakıda lift quraşdıran qəza nəticəsində ölüb

2020-01-22 Baxış: 679
img

Bakıda yaşayış binasında ölüm hadisəsi baş verib.

MAYAKİNFO-nun məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanda qeydə alınıb.

Həmin ünvanda "İKMA services" MMC tərəfindən liftin quraşdırılması zamanı qurğu qəfil hərəkətə gəlib. Bu zaman şirkətdə quraşdırıcı işləyən, 1998-ci il təvəllüdlü Dəmirov Musa Azər oğlu liftlə şaxtanın arasında qalaraq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkmiş ölümü səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.