Təhsil naziri Salyanda məktəb direktoruna tapşırıqlar verdi.

2020-01-24 Baxış: 1001
img

Təhsil naziri Ceyhun Bayramov Salyan şəhər 2 nömrəli  tam orta məktəbdə olub. 

Nazirlikdən MAYAKİNFO-ya verilən məlumata görə, C.Bayramov məktəbin müəllim və şagird kollektivi ilə görüşüb,  eyni zamanda təhsil ocağının ümumi şəraiti, dərs otaqları, idman zalı və yeməkxanası ilə tanış olub.

Təhsil naziri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, həmçinin təhsil ocağında aşkar olunan bir sıra nöqsanlarla bağlı tapşırıqlarını verib.