Nazir müavini Neftçala və Biləsuvarda işləyən gənc müəllimlərlə görüşüb
Yanvarın 24-də Təhsil nazirinin
müavini Firudin Qurbanov Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində gənc
müəllimlərlə görüşüb.
MAYAKİNFO xəbər verir ki, görüşdə Biləsuvar və Neftçala
rayon ümumtəhsil məktəblərinin gənc müəllimləri iştirak ediblər.
Təhsil nazirinin müavini
Firudin Qurbanov müasir dövrdə müəllimdən tələb olunan keyfiyyətlər haqqında
geniş çıxış edib. Nazir müavini müəllim və şagird arasında səmimi ünsiyyətin
yaradılması, müasir texnologiya və tədris metodlarından istifadə imkanlarının
vacibliyini vurğulayıb.
Nazir müavini Firudin Qurbanov
çıxışında təhsil sahəsində əldə edilən nailiyyətlərdən və görülən işlərdən də
ətraflı söz açıb.
Nazir müavini çıxışının sonunda
müəllimlərin hər birinə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş gənc müəllimlərlə
qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.
Sonda xatirə şəkili çəkdirilib.
Digər xəbərlər