Neftçalada üçotaqlı ev yanıb
2020-01-24
Baxış: 1319

Neftçala rayonunun Qaraqaşlı kəndində ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən MAYAKİNFO-ya bildiriblər ki, hadisə nəticəsində üçotaqlı ev əşyalarla birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Digər xəbərlər



