Neftçala rayonu ərazisində icazəsiz ov edən şəxslər cərimələniblər

2020-02-01 Baxış: 1293
img

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində icazəsiz ov edilməsi hallarının qarşısını almaq məqsədilə növbəti reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən MAYAKİNFO-ya bildiriblər ki, reyd zamanı Neftçala, Biləsuvar və Samux rayonları ərazisində yerləşən ovçuluq təsərrüfatlarında icazəsiz ov edən 12 şəxs saxlanılıb. Onlardan 12 ov tüfəngi, adı “Qırmızı kitab”a düşmüş 2 Turac quşu və 2 ördək götürülüb.

Araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakinləri Daşqın İmanov, Bəxtiyar Əhmədov, Seymur Cəfərov, Əli Zeynalov, Elşən İbadov, Abdulla Orucov, Bakı şəhər sakini Xəyal Soltanov, Salyan rayon sakini Şahlar Quliyev, Biləsuvar rayon sakinləri Məlikəjdər Məmmədov, Rafiq Qənbərov, Namiq Qənbərov və Tovuz şəhər sakini Fəxri Bağırov olduqları məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib edilib və onlar 12 min 671 manat məbləğində cərimələniblər.