Şamaxıda Avropa Çempionunu öldürən idman müəllimi barəsində həbs qətimkan tədbiri seçilib
Şamaxı rayon Məhkəməsində Avropa çempionunu öldürməkdə təqsirləndirilən Orxan Hacıyev barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.
MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, keçirilən prosesdə Orxan Hacıyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Məhkəmədə O. Hacıyev törədiyi əməli etiraf edib.
Xatırladaq ki, hadisə fevralın 1-də gecə saatlarında şəhərin "Yeddi Günbəz" qəbirstanlığında qeydə alınıb.
Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bışaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev orada ölüb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. O. Hacıyev şübhəli şəxs qismində saxlanlıb.
Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyir. Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.
Digər xəbərlər