Neftçalanın Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbində əsaslı təmir işləri yekunlaşmaq üzrədir
Neftçalanın 864 şagird yerlik Xırlı qəsəbə 1 nömrəli tam orta məktəbində əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Məktəbin direktoru Cəmaləddin Süleymanov AZƏRTAC-a bildirib ki, üçmərtəbəli təhsil ocağının təmirinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən ilin iyul ayında başlanılıb. Artıq binanın fasadı rənglənib, qapı-pəncərələr yenilənib, qaz, su, elektrik xətləri çəkilib, sinif otaqları, fənn kabinələri, dəhliz və digər yardımçı otaqlar, demək olar ki, tam yenilənib. Məktəbin fasiləsiz elektrik və istilik sistemi ilə təmin olunması üçün yeni transformator qoyulub və istilik sistemi quraşdırılıb. Hazırda ərazidə abadlıq işləri aparılır, otaqlara laminat vurulur. Bu işlər başa çatdıqdan sonra binada yeni inventar, texniki və əyani vasitələrin quraşdırılmasına başlanılacaq. Məktəb binasında işlərin mart ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda məktəbdə 409 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur.
Digər xəbərlər