FHN Neftçala rayon Abasallı kənd tam orta məktəbində tədbir keçirib.

2020-02-06 Baxış: 681
img

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi Neftçala rayon Abasallı kənd tam orta məktəbində fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirmə tədbirləri keçirib.

FHN-dən MAYAKİNFO-ya bildiriblər ki, tədbirlərdə məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, qar uçqunu, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat verilib.

Toplantıda məişətdə yanğın, dəm qazı, zəlzələ və torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında 112 – “qaynar xətti”nin roluna dair məruzələr dinlənilib.

Sonda mövzularla bağlı fotoslayd və videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.