Azərbaycan İqtisadiyyat nazirinə yeni müavin təyin olunub
Azərbaycan İqtisadiyyat nazirinə yeni müavin təyin olunub.
MAYAKİNFO "Report"a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin sərəncamı ilə bu vəzifəyə Rövşən Nəcəf təyin olunub. Nazirlik bu faktı təsdiqləyib.
Məlumata görə, R.Nəcəf 2019-cu ilin sentyabrında Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib. R.Nəcəf bundan öncə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, R.Nəcəf 9 aprel 1982-ci ildə Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq, 2001-ci ildə bakalavriat, 2003-cü ildə isə magistratura səviyyəsini fərqlənmə ilə bitirib. 2007-2008-ci illərdə SOCAR-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.
2012-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
R.Nəcəf 3-cü dərəcəli dövlət müşaviridir.
Evlidir, 2 övladı var.
Digər xəbərlər