Prezident İlham Əliyevin Almaniyaya səfəri başlayıb
2020-02-14
Baxış: 661
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.
MAYAKİNFO xəbər verir ki, bu gün Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.
×
Digər xəbərlər
2021-11-04
2023-04-18