Salyan sakinindən 480 qram marixuana götürülüb.
2020-02-26
Baxış: 828

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər sakini saxlanılmışdır.
MAYAKİNFO xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini V.Ələkbərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 480 qram marixuana aşkar edilərək götürülmüşdür.
Digər xəbərlər



