Erməni təxribatı nəticəsində şəhid olan hərbçi dəfn olundu
Erməni təxribatı nəticəsində şəhid olan sərhədçi əsgər ilə vida mərasimi başa çatıb.
MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Orxan Nazim oğlu Paşazadə Cəlilabad rayonunun Cəfərxanlı kəndində torpağa tapşırılıb.
****************************************************************
Erməni təxribatı nəticəsində şəhid olan sərhədçi əsgər ilə vida mərasimi keçirilir.
1996-cı il təvəllüdlü Orxan Nazim oğlu Paşazadənin cənazəsi yaşadığı Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib.
Vida mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin, rayon rəhbərliyi, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb, dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Digər xəbərlər