Dövlət Miqrasiya Xidməti Neftçalada səyyar xidmət təşkil edib
2020-03-14
Baxış: 711
Dövlət Miqrasiya Xidmətinin (DMX) Şirvan regional miqrasiya idarəsi bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədilə Salyan və Neftçala rayonlarında növbəti səyyar xidmət təşkil edib.
DMX-dən MAYAKİNFO-ya bildiriblər ki, Xidmətin imkanlarından səkkiz nəfər yararlanıb. Onlardan ikisinə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün arayış verilib. Bir nəfərdən isə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədlər qəbul edilib. Beş nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama icazələrinin alınması məqsədilə tələb olunan sənədlərin siyahısı verilib.
Digər xəbərlər
2021-11-04
2023-04-18