İranın Həmədan şəhər həbsxanasında koronavirusla bağlı üsyan baş verib
İranın Həmədan şəhər həbsxanasında koronavirusla bağlı üsyan baş verib.
MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, üsyan zamanı bir neçə məhbus adyalları yandırıb və qarşıdurma yaradaraq qaçmağa çalışıb.
Bundan sonra həbsxanada təhlükəsizlik qüvvələrinin sayı artırılıb və üsyan yatırılıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması açıqlanmayıb. Hazırda həbsxanada vəziyyət stabildir.
Həmədan şəhər prokuroru Həsən Xancani üsyanın baş verdiyini təsdiqləyib. O, sosial şəbəkələrdə məhbusların qaçması ilə bağlı yayılan xəbərləri təkzib edib və bildirib ki, hadisə zamanı heç bir məhbus qaçmayıb. H. Xancani qeyd edib ki, üsyançılar koronavirusun yayılmasını bəhanə gətirərək üsyana əl atıblar. Lakin həbsxanada bütün gigiyenik və sağlamlıq tədbirləri gücləndirilmiş formada həyata keçirilir.
Qeyd edək ki, yayılan məlumatlara görə, keçən gün İranın Kürdüstan əyalətinin Saqqız şəhərində də 70 nəfər məhbus koronavirus qorxusundan həbsxanadan qaçıb.
Digər xəbərlər