Neftçalada ata və 5 yaşlı oğlu kanalda boğuldu

2020-04-06 Baxış: 2149
img

06.04.2020.  17:15

Baş Mil-Muğan kollektorunun Neftçala rayonunun Boyat kəndi ərazisindən keçən hissəsində iki nəfər boğulub.

MAYAKİNFO hadisənin baş verməsi barədə yerli sakinlərdən məlumat əldə edib. Belə ki, Neftçala rayon Astanlı kənd sakini Əsgərov Nurlan Aslan oğlu övladı 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlu ilə balıq tutmaq üçün Baş Mil-Muğan kollektoruna gedib. Hava soyuq olduğu üçün ata övladını öz avtomobilində əyləşdirmək məcburiyyətində qalıb. Bu zaman uşaq avtomobili işə salıb və avtomobil kanala doğru hərəkət edərək kanala düşüb. Bunu görən ata özünü suya ataraq uşağı xilas etməyə çalışarkən özü də avtomobilin altında qalaraq boğulub. Hadisə yerinə FHN-nin xilsediciləri cəlb olunub. Hazırda onların axtarışı istiqamətində işlər gedir.