Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi Mərkəzi Xəstəxananın həkimləri ilə görüşüb

2020-04-18 Baxış: 1495
img

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov dünyanı bürüyən koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin üçün ayrılmış rayon mərkəzi xəstəxanasında tibbi personalla görüşərək, pandemiya əleyhinə görülən işlərlə tanış olub.

Rayon rəhbərliyinə xəstəxanada yaradılan ümumi şərait barədə məlumat verilib. Qeyd olunub ki, xəstəxanada karantin rejimində müalicə alan şəxslərə xüsusi diqqət və qayğı göstərilir, onların zəruri ehtiyacları yüksək səviyyədə qarşılanır.

M.Seyidov koronavirusla mübarizə tədbirləri çərçivəsində Azərbaycan səhiyyəsinin rolunu yüksək qiymətləndirib, göstərdikləri fədakarlığa, qayğıkeşliyə və ən əsası peşəkar fəaliyyətə görə rayonun tibb işçilərinə minnətdarlığını ifadə edib.