Neftçala sakininə məxsus həyətyanı sahədə çətənə kolları aşkarlanıb
2020-04-26
Baxış: 1889

Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Kürkənd kənd sakini İlqar Əhmədova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş on üç ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

×
Digər xəbərlər



