Salyanda su qızdırıcısı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

2020-05-05 Baxış: 969
img

4 ədəd su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Salyan şəhər sakini saxlanılmışdır.


MAYAKİNFO xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də rayonun Mənzil  İstismar təmir-tikinti istehsalat Birliyinin anbarından 4 ədəd su qızdırıcısı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Salahov saxlanılmışdır.

Ətrafında aparılmış tədbirlərlə onun həmyerlisi V.Mirzəyevlə birgə binaların birindən 15 ədəd pəncərənin dəmir barmaqlığını, 1 ədəd dəmir qapını və otaqların döşəməsini sökərək oğurlamaları da müəyyən edilmişdir

V.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılmışdır.