Neftçala rayon könüllüləri Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

2020-05-09 Baxış: 665
img

Respublikanın müxtəlif guşələrindən vətəndaşlar Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları göndərirlər.

MAYAKİNFO xəbər verir ki, belə məktublardan birini də cənab Prezidentə Neftçala rayonunun könüllüləri ünvanlayıb. Həmin müraciəti təqdim edirik.

 

Möhtərəm cənab Prezident.

Son illər ölkəmizdə könüllülük hərəkatının genişlənərək yeni vüsət alması gənclərin qüvvəsindən, potensialından daha səmərəli şəkildə istifadə etməyi zərurətə çevirmişdir.

Təəssüf ki, 2020-ci ilin astanasında bütün dünyanı çənginə alan koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Anında dövlətimiz tərəfindən zəruri addımlar atıldı. Nazirlər Kabineti yanında Operativ qərargah yaradıldı.

Koronavirusun qarşısının alınması məqsədi ilə digər bölgələrimizdə olduğu kimi Neftçala rayonunda da maarifləndirmə tədbirləri həyata keçirilir. “Könüllülər ili” prinsipinə uyğun olaraq, bu cür tədbirlərdə könüllü şəxslər daha yaxından iştirak edir.

Cənab Prezident, Sizin çağırışınıza əsasən xüsusi karantin rejimi ilə əlaqədar olaraq bir sıra könüllü gənclər yaşı 65-i keçmiş insanlara dövlət tərəfindən təqdim olunan ərzaq sovqatlarını paylamış, onlara sosial xidmətlər göstərmişlər. Könüllü gənclər ahılların - ağsaqqal və ağbirçəklərin mənzillərində olmuş, onlara gündəlik lazım olan ərzaq və tibbi gigiyenik vasitələri təqdim etmişlər.

Cənab Prezident, inanırıq ki, Sizin rəhbərliyiniz ilə tez bir zamanda az itki ilə koronavirus pandemiyasının öhdəsindən gələcəyik. Biz birlikdə güclüyük.

Rayon könüllüləri adından hörmətlə,

Haxıyeva Sona Güləhməd qızı

Səfərova Əfsanə Allahverdi qızı

Əsədov Ataş Qulam oğlu

Məmmədova İlahə Aydın qızı

Zeynalov Qubad Alim oğlu.

Azərbaycan Respublikası, Neftçala rayonu.