Neftçalada 63 yaşlı kişi Kürdə çimərkən boğuldu.
2020-05-09
Baxış: 1628
Neftçala rayonunun Qaravəlli yaşayış massivi ərazisində 63 yaşlı kişi Kür çayında çimərkən boğulub.
MAYAKİNFO xəbər verir ki, 1957-ci il təvəllüdlü Salyan rayon sakini Ağayev Böyükkişi Mirzağa oğlu Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində çimərkən boğulub. Böyükkişi Ağayev hazırda Neftçala rayonunun Qaravəlli yaşayış massivində yaşayırmış. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunub və meyitin axtarışı davam etdirilir.
×
Digər xəbərlər
2021-11-04
2023-04-18