Mirhəsən Seyidov şəhid ailəsinin və tənha yaşayan qadının evinin təmir olunması üçün göstəriş verib.
Prezident İlham Əliyevin tapşırığınlarına əsasən, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov mart ayından etibarən vətəndaşları onlayn şəkildə qəbul etməyə başlamışdır.
MAYAKİNFO xəbər verir ki, onlayn vətəndaş qəbulu zamanı müraciətlərin yerində araşdırılması məqsədi ilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov qəbul zamanı müraciət edən şəhid ailəsi Aşağı Qaramanlı sakini Ağayev Miraslan və tənha yaşayan vətəndaş Babayeva Sevdanın evlərinə baxış həyata keçirmişdir. Qəzalı şəraitdə olan evlərə müayinə-baxış aktının yazılması ilə bağlı tapşırıqlar verilib. Mirhəsən Seyidov mövcud vəziyyətlə yerində tanış olub və uyğun təmir işlərinin göstərilməsi üçün tapşırıqlar verib.
Digər xəbərlər