Prezident İlham Əliyevlə CISCO şirkətinin rəhbərləri arasında videokonfrans keçirilib

2020-05-15 Baxış: 648
img

Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

MAYAKİNFO-nun xəbərinə görə, videokonfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.