Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib

2020-06-25 Baxış: 950
img

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.

MAYAKİNFO xəbər verir ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev hərbi hissənin komanda heyəti ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib.