Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır.
MAYAKİNFO-nun məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin Maddə 211-ci maddəsi yeni redaksiyada təklif olunur.
Beləliklə, hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə cərimə edilibsə, layihədə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimə edilməsi təklif olunur. Vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək deyil, 3 min manatdan 4 min manatadək məbləğdə cərimələnməsi təklif olunur.
Hazıra işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.
Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinı daxil edilib.
Digər xəbərlər