Neftçalada dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
2020-07-11
Baxış: 1695

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Neftçalada dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxsi xilas edib.
MAYAKİNFO-nun məlumatına görə, Neftçala rayonu Ərəbqardasbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədov Səyyad Mirzəməmməd oğlu dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Neftçala sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas edilib.
Hadisə Neftçala sularda xilasetmə məntəqəsindən 600 metr aralı nəzarətsiz ərazidə baş verib.
Digər xəbərlər



