Neftçalada çətənə kolu yetişdirən şəxslər saxlanılıb.
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu tədbirlər həyata keçiriblər.
MAYAKİNFO xəbər
verir ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə
şübhəli bilinən rayonun Aşağı Qaramanlı kənd sakini Abasət Hüseynov saxlanılıb.
A.Hüseynovun kənd ərazisindəki evinin həyətyanı sahəsindən aqrotexniki qaydada
qulluq edərək yetişdirdiyi 27 ədəd çətənə kolu və 235 qram qurudulmuş marixuana
aşkarlanaraq götürülüb.
Bundan
başqa çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Xıllı qəsəbə
sakini Elmir Həmzəyev də daxil olmuş məlumat əsasında Neftçala Rayon Polis
Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri
nəticəsində saxlanılıb. E.Həmzəyevin qəsəbə ərazisindəki evinin həyətyanı
sahəsindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 57
kiloqrama yaxın olan 40 çətənə kolu, eləcə də 1 kiloqram 800 qram qurudulmuş
marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Digər xəbərlər