8 sentyabr 2020-ci il tarixində Neftçala rayonunda təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısı

2020-08-21 Baxış: 1962
img

MAYAKİNFO 8 sentyabr 2020-ci il tarixində saat 10:00-da Neftçala rayonunda təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını təqdim edir.

1. Neftçala rayonu, Bankə qəsəbəsi, H.Əmənov küçəsi, 9A ünvanında yerləşən, İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyində olan 1 saylı bərbərxana ; Ümumi faydalı sahəsi:16 kvadrat metr; Qiyməti : 800 manat; Beh 80 manat

2. Neftçala şəhəri, Heydər Əliyev prospekti 29K ünvanında yerləşən, İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, “Azərsutikinti” Konserninin Fəhlə Təchizatı Birliyinin tabeliyində olan İnzibati İdarə binası ; Ümumi faydalı sahəsi: 275,1 kvadrat metr; Qiyməti :17 500 manat; Beh 1750 manat

3. Neftçala şəhəri, Şəhriyar küçəsi, 7A ünvanında yerləşən, İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyində olan 22 saylı Mağaza; Ümumi faydalı sahəsi: 266,7  kvadrat metr; Qiyməti :6750 manat; Beh 675 manat

 Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd: Hərraclar Neftçala rayonunda müvafiq yerli hərrac komissiyası tərəfindən keçiriləcəkdir.

Ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti 33, əlaqə telefonu: (kod 02126) 3-39-21, 050-335-80-13