Sona Haxıyeva: Mübarizəmizi sosial şəbəkələrdə də davam etdiririk.
Ölkəmizdə
gənclər siyasəti Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında özünəxas
inkişaf tempi ilə irəliləməkdədir. Demək olar ki, bütün sahələrdə gənclər öz
sözünü deməkdə, fəaliyyətlərini genişlətməkdədir. Bu günkü Azərbaycan
gəncliyinin üzərinə çətin öhdəliklər düşüb. İllərdir davam edən torpaqlarımız
uğrunda mübarizə bugün də davam etməkdədir. Mənfur düşmənlərimizlə mübarizə
təkcə sərhəddə, real həyatda deyil virtual məkanda sosial şəbəkələrdə də gedir.
Gündəlik həyatımızda ən çox eşitdiyimiz ifadələrdəndir informasiya müharibəsi.
Tarix boyu müharibələrdə informasiyanın rolu çox böyük olub. Dünyada dolğun və
operativ informasiyanın əldə edilməsi hazırda internet üzərindəndir. İnternet gün gündən öz
imkanlarını artırır. Bizim üzərimizə düşən isə bu imkanlardan yerində istifadə
etməkdir. Digər mübarizə metodlarına nisbətən informasiya müharibəsində
nailiyyət əldə etmək üçün daha effektiv Qarabağ həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında gənclərin rolu fəal iştirakı mühüm yer
tutmaqdadır. Biz gənclər bir bayraq altında birləşərək bu informasiya
müharibəsində düşmənlərimizin layiqli cavabını verməkdəyik. Son dövrlərdə
aktivliyin daha da artdığının şahidiyik. Dağlıq
Qarabağ münaqişəsi barədə düzgün məlumatlandırılma, xüsusilədə sosial şəbəkələr
vasitəsilə xarici ölkə vətəndaşlarının diqqətinə bu münaqişə barədə
məlumatların ədalətli çatdırılmasında gənclərin rolu danılmazdır. Dövlətimiz üçün, ölkəmiz üçün bu ölkənin gəncləri, bu yurdun övladları
olaraq əlimizdən gələni əsirgəmir, dövlətimizə xidmət etməkdən
qürur duyuruq. Ulu Öndərimizin dediyi "Gənclər bizim gələcəyimizdir" kəlamını
bugün bizlər öz fəaliyyətimizdə gerçəkləşdirir və üzərimizə düşən vəzifələri
yorulmadan reallaşdırırıq.
Sona Haxıyeva,
YAP Neftçala Rayon Təşkilatı
Gənclər
Birliyinin sədr müavini
Digər xəbərlər