Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Neftçala sakinləri saxlanılıb.

2020-09-07 Baxış: 923
img

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Neftçala rayon sakinləri saxlanılmışlar.


MAYAKİNFO xəbər verir ki, Neftçala RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bankə qəsəbə sakini T.Hümmətov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən D.Mənəfov saxlanılmışdır. Onun yaşadığı evə baxış zamanı “TOZ-8” markalı silah aşkar edilərək götürülmüşdür.