Neftçalanın icra başçısı könüllülərlə görüşüb.
2020-09-17
Baxış: 754
Heydər Əliyev Mərkəzində Neftçala könüllüləri ilə görüş keçirilib.
MAYAKİNFO xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyəti Başçısı Mirhəsən Seyidov çıxış edərək Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının uğurlarından söz açıb.
Prezident İlham Əliyev tərəfindən gənclərə verilən xüsusi qiymətdən söz açan icra başçısı vurğulayıb ki, 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması könüllülərə verilən daha bir yüksək qiymətdir.
Son bir il ərzində isə Neftçala Rayon İcra Hakimiyyətinə qoşulan könüllülər könüllü olaraq 2 ay müddətinə fəaliyyətə cəlb olunub və ixtisaslarına uyğun olaraq icra hakimiyyətinin müvafiq şöbələrində və rayon ərazisində fəaliyyət göstərən digər dövlət qurumlarında könüllülük fəaliyyəti həyata keçirib.
Könüllülər rayonda təşkil olunan ekoloji aksiyalarda, rayonda keçirilən ağacəkmə aksiyası və iməciliklərdə yaxından iştirak ediblər. Koronavirus (COVİD-19) pandemiyası dövründə yardımların paylanmasında, yaşı 65-dən yuxarı olan şəxslərə pandemiya dövründə göstərilən köməklikdə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş təxribatdan sonra başladılan “Hər birimiz əsgərik” aksiyasında yüksək səviyyədə iştirak ediblər.
Qeyd edilib ki, gənclərin ölkəmizin ictimai sosial həyatındakı rolu, idarəçilikdə əldə etdikləri təcrübələr nəticəsində rayon ərazində gənclər seçkili orqanlarda təmsil olunur, son ildə bir neçə nəfər könüllü gəncimiz isə rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət qurumlarında və özəl müəssisələrdə müvafiq işlə təmin olunub.
Görüşün sonunda, gənclərin sualları cavablandırılıb, fikirləri və təklifləri qiymətləndirilib. Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov “Neftçala Könüllüləri”nin işinə görə öz təşəkkürünü bildirdi və bundan sonrada hər zaman daha həvəslə çalışmağı və daha maraqlı layihə təklifləri ilə çıxış etməyi və böyük uğurlar əldə etməyi arzulayıb.
×
Digər xəbərlər
2021-11-04
2023-04-18