Baş Prokurorluq əhaliyə müraciət edib
2020-11-30
Baxış: 588
Baş Prokurorluq əhaliyə müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən MAYAKİNFO-ya verilən məlumata görə, son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilir.
Baş Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.
Digər xəbərlər
2021-11-04
2023-04-18