Neftçalada 76 yaşlı qadın Kürdə boğuldu
2020-12-15
Baxış: 921

Dünən Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində bacısıgildən qayıdarkən itkin düşən 76 yaşlı qadının Kür çayında boğulduğu məlum olub.
MAYAKİNFO xəbər verir ki, 1944-cü il təvəllüdlü Yuxarı Qaramanlı kənd sakini Soltanova Narıngül Sadiq qızı dünən günorta saat 14:00 radələrində həmin kənddə yaşayan bacısıgilə getmiş, ordan evə qayıdarkən naməlum səbəbdən itkin düşmüşdür. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Narıngül Soltanovanın meyiti bu gün Kür çayının həmin kəndin ərazisindən keçən hissəsindən tapılmışdır.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər



