Prezident İlham Əliyev şanlı tarix yazmış görkəmli dövlət xadimidir.
Prezident İlham Əliyev güclü
və müasir ordumuzun qucusu Vətən Müharibəsində böyük zəfər qazanmış, ərazi
bütövlüyümüzü təmin etmiş və şanlı tarix yazmış görkəmli dövlət xadimidir.
Prezident İlham
Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası
torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Ali Baş
Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi,
eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması
sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. “Bu gün Azərbaycan
Ordusu dünyada 50 ən güclü ordu sırasındadır”, deyən cənab Prezident bildirib
ki, biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik: “Çünki mənim
prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi
Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda
istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində
əsas amillərdən biridir. Dövlət başçısının siyasi iradəsi, qətiyyətli mövqeyi nəticəsində
bu gün doğma evimizə - Qarabaga yol alırıq.
Prezident İlham
Əliyevin parlaq liderliyi və müdrikliyi Azərbaycanın İkinci Qarabağ müharibəsində
qələbəsini təmin etdi. Prezident İlham Əliyevin də dediyi kimi, bizim dəmir
yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq
düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu
bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə
yetirdi, Ermənistanı məğlub etdi. Həqiqətən də, 44 günlük Vətən müharibəsi
dövründə biz bütün güclərimizi səfərbər edərək, mənfur düşmənin mübarizə əzmimizi
qırmasına imkan vermədik, düşmən üzərində qələbə qazandıq, tarixi ədaləti bərpa
edib bütün dünyaya qalib Azərbaycan, məğlub Ermənistanı göstərmiş olduq. Azərbaycan
əsgəri sübut etdi ki, biz mübariz xalqıq.
Dövlətimizin
başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu
fikirləri xatırlatmaq istəyirəm: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar
azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək
və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq”. Nəhayət gözlənilən gün - o böyük gün oldu, vədə əməl olundu və
biz bütün dünyaya qalib Azərbaycan Ordusunun Zəfər paradını nümayiş etdirdik.
Beləliklə, Zəfər paradı tariximizə qızıl hərflərlə yazıldı.
Azərbaycanın 44
günlük Vətən Müharibəsində qazandığı zəfərdə qardaş Türkiyənin böyük payı var.
Vətən müharibəsi dövründə qardaş ölkənin mövqeyini, gücünü, siyasi, mənəvi dəstəyini
bütün dünya gördü. Azərbaycan xalqı, ordusu daim arxasında bu güclü əli hiss
etdi, bu bizi qələbəyə daha da ruhlandırdı. Bu baxımdan, cənab Rəcəb Tayyib
Ərdoğanın Qələbə Paradında iştirakı və qardaş Türkiyə ordusunun Azərbaycan
ordusu ilə çiyin-çiyinə olması ayrıca qürurverici hadisə idi. Bu, bir daha
xalqlarımıza, Türk dünyasına, beynəlxalq ictimaiyyətə, eləcə də düşmənə, onun
havadarlarına xüsusi mesaj oldu.
Azərbaycan son
onilliklər ərzində sürətlə inkişaf etdi. Prezident İlham Əliyev hər zaman ölkənin
infrastrukturuna, logistikasına və təhsilinə investisiyalara böyük diqqət
ayırırdı. İndi də Dağlıq Qarabağ çiçəklənməyə başlayacaq ki, bu da bütün
regionun inkişafına təkan verəcək.
Zəfərimiz günbəgün
qüdrətlənən, ən islahatçı ölkələr sırasında qərarlaşan Azərbaycanın qarşısında
yeni imkanlar açacaq. Zəfərin mübarək Azərbaycan! Eşq olsun Ali Baş Komandana!
Eşq olsun Azərbaycan Ordusuna! Yeni ilə Zəfərinlə addımla məğrur, yenilməz Azərbaycan
xalqı!
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik.
Yeni Azərbaycan Partiyası Neftçala Rayon Təşkilatının Aparat Rəhbəri
CAVAD MIRZƏYEV
Digər xəbərlər