Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.
2021-01-03
Baxış: 1195

Bu gün axşam saatlarında Neftçala şəhərinin H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
MAYAKİNFO xəbər verir ki, H.Əliyev prospektində hərəkətdə olan 10-GV-892 dövlət qeydiyyat nişanlı "VAZ-21099" markalı avtomobil qarşısına çıxan 99-XA-356 dövlət qeydiyyat nişanlı "Mersedes" markalı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəymişdir.
Faktla bağlı araşdırma aparılır.



×
Digər xəbərlər



