Xəzərin səviyyəsinin enməsi ilə əlaqədar Kürdili adasının sahəsi sürətlə genişlənməkdədir
2021-01-07
Baxış: 848
Son 100 ildə (1920-2020) Xəzər dənizinin səviyyəsi müxtəlif dəyişkənliklərə məruz qalmaqla dünya okean səviyyəsindən 26 metrdən 28 metrədək aşağı enib.
MAYAKİNFO xəbər verir ki, bu barədə AMEA-nın Coğrafiya İnstitutunun illik hesabatında yer alıb. “1978-1995-ci ildə səviyyənin 2,5 metr yüksəlməsi baş versə də, sonradan hal-hazıradək Xəzərin səviyyəsi yenə də oz enmə dövrünü yaşayır. Hazırda səviyyə -27,8 m (2019) təşkil edir. Xəzər dənizi səviyyəsinin bu dəyiskənliyi Cənubi Xəzərin qərbində yerləşən Qızılagac körfəzinə də öz təsirini göstərib. Sara yarımadası Qızılagac körfəzini Böyük və Kiçik körfəzə ayırır. Böyük körfəz cənubdan dənizlə əlaqəlidir. Kiçik körfəzin dənizlə əlaqəsi damba vasitəsi ilə tam kəsilib. Böyük körfəz şərqdən cənubi qərbə uzanan Kürdili adası ilə dənizdən ayrılır. Qərbdən Sara yarımadası, şimaldan Səlyan düzü ilə əhatə olunub. Böyük körfəzin uzunlugu 28 km, eni 20 km, sahəsi 500 km2, dərinliyi 2 m-ə qədər, sahil xəttinin uzunluğu 100 km civarındadır. Hazırda dənizin səviyyəsinin enməkdə davam etməsi ilə əlaqədar Kürdili adası və Sara yarımadasının sahələri sürətlə genişlənməkdədir. Körfəzlərin sahələri isə, əksinə, azalmaqdadır . Böyük Qızılağac körfəzində səviyyə dənizin səviyyəsi ilə eyni olur”.
Digər xəbərlər
2021-11-04
2023-04-18