Qanunsuz ov edən Neftçalalı brakonyer cəzalandırılıb.
2021-01-23
Baxış: 828

Qızılağac Milli Parkının əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı milli parkın “Ağquşa” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova MAYAKİNFO-ya bildirib ki, araşdırma zamanı brakonyerin Neftçala rayon sakini Məlik Abdullayev olduğu müəyyənləşib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Digər xəbərlər



