Neftçala şəhər bələdiyyəsi sahibkarlıq üçün hərraca torpaq çıxardıb.

2021-02-10 Baxış: 1189
img

Neftçala şəhər Bələdiyyəsi 11 mart 2021-ci il tarixdə keçiriləcək hərrac müsabiqəsinə sahibkarlıq fəaliyyəti göstərmək üçün torpaq sahəsi təqdim edib.

MAYAKİNFO - nun İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən əldə etdiyi məlumata görə, Neftçala şəhər Bələdiyyəsi tərəfindən ilkin qiyməti 726 manat olan 110 kvadrat metr sahibkarlıq üçün torpaq sahəsi satılmaq məqsədilə hərraca çıxarılıb. Hərracda iştirak etmək istəyənlər 11 mart 2021-ci il tarixədək Şirvan şəhəri, M.Rəsulzadə küçəsi 14 ünvanında yerləşən ƏMDX-nın Şirvan ərazi şöbəsinə ərizə ilə müraciət edə bilər. Tel: 02121-5-27-98