Neftçala sakininin avtomobilindən 160 kiloqramlıq çəki balığı aşkarlanaraq götürülüb.

2021-03-06 Baxış: 1999
img

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Neftçala rayon sakini Z.Əmənovun idarə etdiyi “Niva” markalı avtomobilə baxış keçiriliblər. Baxış zamanı nəqliyyat vasitəsindən 160 kiloqram ağırlığı olan çəki balığı aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya bildiriblər ki, aparılan araşdırmalarla həmin balıqların Qaraçala qəsəbəsindəki süni balıq göllərinin birindən oğurlanaraq Z.Əmənova satılması müəyyənləşdirilib.

Oğurluğu törətməkdə şübhəli bilinən Kürsəngi kənd sakinləri S.Bəbirov və S.Dünyamalıyev davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı təhqiqat aparılır.