Qüdrətli Azərbaycanın Müzəffər Ordusu
1992-1993-cü illər
Azərbaycan tarixinin qara ləkəsidir desək əsla yanılmarıq. Çünki həmin vaxt
hakimiyyətdə olan AXC-Musavat cütlüyü özünün yarıtmaz siyasəti, səriştəsizliyi
ucbatından həm daxili həm də xarici siyasətdə Azərbaycanı məhv etdi. Vəzifə,
şöhrət davası nəticəsində nələri itirmədik? Ata-baba yurdlarımız bizdən qat-qat
zəif, qorxaq millətin ordusu tərəfindən ağılasığmayacaq formada işğala məruz
qaldı. Həmin vaxt dırnaqarası hakimiyyət nə ordu qura bildi, nə də vətəni
müdafiə edə bildi. Satqınlıq, səriştəsizlik, özbaşnalıq nəticəsində 20 faiz
tormaqlarımız işğal olundu, minlərlə əsgər-zabitimiz şəhid və itgin düşdü.
Çünki ordu olmayan yerdə nə komandanlıq, nə taktika nə də hücumdan söhbət gedə
bilərdi. Lakin xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər
Əliyev uzaqgörən siyasət yürüdərək ilk öncə daxili sabitliyi təmin etdi,
arxasınca ordu quruculuğuna başladı. Bəli bu proses zamanla, planlı şəkildə həyata
keçirilirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişindən sonra
isə bu məsələ dövlətin xüsusilə prioritet sahələrindən biri hesab edildi. “Sülh
istəyən gərək müharibəyə hazır olsun” ideyasını rəhbər tutaraq, daim ordunun
kompkletləşdirilməsi, şəxsi heyətinin peşəkarlığının artırılması, yeni və
müsair silahların alınması davam etdirildi. Azərbaycan Ordusu hərbi paradlarda
öz imkanlarını və məharətini göstərdikcə xalqımızın qürur duyğuları və gələcəyə
inamı bir az da artırdı. Ordumuzun Aprel döyüşlərində, Tovuz hadisələrində göstərdiyi
igidlik, qorxmazlıq və peşəkarlıq onun gücünə olan inamımızı artırmaqla yanaşı
Qarabağın azadlığını hiss etdirirdi bizlərə. Azərbaycan Ordusunun şanlı tarix
yazdığı və tarixə çevrildiyi 44 gündə xalqımız, hətta bütün dünya nəyə qadir
olduğumuzu, gücümüzü gördü. Ordumuzun qarşısında keçilməz heç bir maneə yox
idi. O, müharibəyə həm fiziki, həm əqli, həm də psixoloji cəhətdən hazır idi.
Azərbaycan Ordusu bütün ekstremal şəraitlərdə, təhlükəli situasiyalarda öz
döyüş əməliyyatlarını peşəkarlıqla, xüsusi manevrlərlə davam etdirirdi. Məqsəd
qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə reallaşdırmaq, nəticədə ərazi
bütövlüyümüzün bərpasına nail olmaq idi. Ordumuzun gücü xalqımızı nə qədər
qürurlandırırdısa, düşməni hər keçən gün bir az da qorxudurdu. Düşmən özü
yaralanmış əsgərlərimizin döyüşü necə davam etdirdiyini, igid oğullarımızın
qorxmazlığını xəbər manşetlərinə çevirmişdi. Azərbaycanın xüsusi təyinatlı qüvvələri
başda olmaqla digər hərbi birləşmələr və qüvvələr mümkünsüzü gerçəkliyə
çevirirdilər desək yanılmarıq. Onların fiziki hazırlığı düşməni lərzəyə saldığı
kimi pilotsuz uçuş aparatları və onların idarəetmə sistemi türk oğlunun əqlinin
ermənilərin fövqündə durduğunu sübut edirdi. Döyüş əməliyyatlarına bütün cəhətlərdən
bu qədər hazır olan ikinci Dövlət bəlkə də yox idi. Odur ki, Vətən müharibəsi
bütün dünya hərbi ekspertlərinin nəinki döyüşlərin gedişində, hələ uzun illər
araşdırma mövzusu olacaqdır. Onlar şanlı ordumuzun gücünü heyranlıqla seyr
edib, elmi və praktiki sirrlərini öyrənməyə cəhd edirlər. Hesab edirəm ki, Azərbaycanın müharibə təcrübəsi onun indiyə qədərki
hazırlıq səviyyəsini daha da artıracaqdır. Bu da öz növbəsində bundan sonra da
qüsursuz ordu quruculuğu aparılacağına heç bir şübhə qoymur. Yaşasın Azərbaycan
ordusu!
Cavid Babayev
Neftçala şəhər sakini, keçmiş hərbçi.
Digər xəbərlər