Yeni Azərbaycan Partiyası böyük bir siyasi məktəbdir.
Ulu Öndər
Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan
Partiyası təkcə ölkəmizdə deyil, regionda ən güclü, lider siyasi təşkilatdır.
Qurulduğu gündən yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası şərəfli bir
yol keçmişdir. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Ulu Öndər
Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan
vəzifələrin həll edilməsinə öz töhfəsini vermiş və bundan sonra da davam edəcəkdir.
Ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə
qazanan Yeni Azərbaycan Partiyası regionda ən iri siyasi təşkilata çevrilib.
Partiyanın qurucusu Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi "Yeni
Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır".
Partiyanın dünəni zəngin və şərəflidir, bu günü fəal quruculuq və xalqa xidmət
qayğılarından ibarətdir. Biz gələcəyə aydın proqramla, güclü rəhbərimiz,
partiyanın Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək irəliləyirik.
5 mart 2021-ci il tarixində Yeni Azərbaycan
Partiyasının VII qurultayı keçirildi. Bu qurultay ölkəmizin ictimai-siyasi həyatında
tarixi hadisədir. Bu gün Azərbaycan özü yeni reallıqlar yaradan ölkədir. 44
günlük Vətən müharibəsində tarixi qələbəmiz yeni reallıqların yaranması
prosesini inkişaf etdirən başlıca istiqamətlərdəndir. Qurultayın keçirilməsi
bir daha Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyasının milli çağırışlara və yeni reallıqlara daima adaptiv mexanizminin
olduğunu isbat edir. Eyni zamanda bu qurultayın keçirilməsi ölkədə aparılan
islahatların davamıdır.
Qurultayda 6
siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaqla bağlı müraciətinin qəbul
edilməsi milli birlik və siyasi həmrəyliyin yeni modelinin təzahürüdür. Yeni Azərbaycan
Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin VII qurultayda yekun nitqində
digər partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasını siyasi sistemimizin
təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım olaraq dəyərləndirmiş və
bu addımın olduqca əlamətdar hadisə olduğunu qeyd etmişdir.
VII qurultay çərçivəsində
təşkilati məsələlərlə bağlı qərarlar, həmçinin partiyanın yeni nizamnaməsi qəbul
edilmişdir. Belə ki, qəbul edilmiş qərara əsasən Yeni Azərbaycan Partiyasının
40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfər tərkibdə Təftiş Komissiyası təsdiq
edilmişdir. Eyni zamanda, yeni qurum olan Yeni Azərbaycan Partiyasının
Veteranlar Şurası yaradılmışdır ki, bu qurumun da tərkibi 35 nəfər olaraq təsdiq
edilmişdir. Qəbul olunmuş yeni qərarlar partiya fəaliyyətinin inkişaf sürətini
daha da artıracaq.
Yeni Azərbaycan
Partiyasının İdarə Heyətində gənclərin də təmsil olunması məsələsində bu,
partiya Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin gənclərinə göstərdiyi böyük
etimadın bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası böyük bir siyasi məktəbdir.
Yeni Azərbaycan Partiyası hər zaman gənclərə xüsusi diqqət ayırır. Biz isə Yeni
Azərbaycan Partiyasının gəncləri olaraq ölkəmizin və partiyamızın nüfuzunun
artırılması istiqamətində ölkə daxilində və xaricində əlimizdən gələni etməliyik.
Unutmamalıyıq ki, gələcək gəncliyin əlindədir. Bu səbəbdən üzərimizə düşən məsuliyyəti
anlamalı və Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu vətəndaşlıq modeli
çərçivəsində partiyamız üçün çalışmalıyıq.
Cavad Mirzəyev
YAP Neftçala
rayon təşkilatının Aparat rəhbəri.
Digər xəbərlər