Azərbaycanın beynəlxalq münasibətlərdə müsbət imic formalaşdırıb
Bu gün Azərbaycanın həyata
keçirdiyi uğurlu daxili və xarici siyasət Ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha
da gücləndirmiş, qətiyyətlə demək olar ki, regionda əsas güc mərkəzinə çevirmişdir.
Ölkəmizin əlverişli geosiyasi məkanda yerləşməsi, böyük enerji ehtiyatlarına
malik olması, bütün beynəlxalq təşkilatların, böyük dövlətlərin Ölkəmizə maraq
göstərməsinə, ən yüksək səviyyədə əlaqələr qurmaq istəmələrinə səbəb olmuşdur. Bu
münasibətlər isə illərlə davam edən uğurlu, uzaqgörən siyasət nəticəsində baş
vermişdir. Bu gün dünyada yüzlərlə əlverişli geosiyasi və fiziki məkanlarda
yerləşən dövlətlər vardır. Lakin onların hamısı dünya üçün maraqlı deyil. Çünkü
bu marağı cəlb edən bir çox amillər mövcuddur. Bura daxil olan ən mühüm məsələlərdən
biri heç şübhəsiz etibarlı tərəfdaşlıq və müttəfiqlik məsələsidir. Bu amillər
isə Azərbaycanda mövcuddur. Bu illərlə aparılan uğurlu xarici siyasət, etibarlı
müttəfiqlik və tərəfdaşlıq nəticəsində mümkün olmuşdur. Dünya miqyasında Azərbaycan təkcə sürətli sosial-iqtisadi inkişafına görə
yox, digər sahələr üzrə də əldə edilən möhtəşəm nailiyyətləri baxımından da
liderlər cərgəsində yer alan ölkə kimi qəbul olunur. Şübhəsiz ki, bu uğurlar Dövlət
başçımızın apardığı müdrik siyasət nəticəsində əldə olunmuşdur. Cənab
Prezidentin diplomat olması, əsl sərkərdə olması sayəsində bu gün Azərbaycan
Respublikası dünyada müsbət imic qazanmışdır. Ölkə rəhbəri hər zaman olduğu
kimi dünya mediyasına açıqdır və məşhur “4 saatlıq müsahibə” buna bariz nümunədir.
“Jurnalistlərin dostu” olan dövlət başçımızın bu müsahibəsi də bütün dünya tərəfindən
böyük diqqət və maraqla izlənmişdir. Müsahibədə bir cox suallar
cavablandırılmışdır ki, onların əksəriyyəti Vətən Müharibəsi və gələcək
perspektivləri əhatə etmişdir. Artıq Azərbaycan bölgədə işbirliyini təmin edən
bir ölkə kimi tanınır. 2011-ci ildə Qoşulmama Hərəkatına yekdil səslə qəbul
edilməyimiz və 2019-2022-ci illərdə yenə yekdilliklə Hərəkata Rəhbərliyin Ölkəmizə
həvalə edilməsi, bizim heç bir ölkə ilə problemimizin olmaması və xarici siyasətdə
səmimi münasibətlərimizdən qaynaqlanmışdır. Bu səbəbdən də haqq mübarizəmizdə
Qoşulmama Hərəkatına üzv ölkələrin hər biri ölkəmizi yekdilliklə dəstəkləmişdir. Bu gün regionda
və region xaricindəki strateji tərəfdaş ölkələrin silahlı qüvvələri ilə
regional təhlükəsizliyin təmin olunması, beynəlxalq strateji əhəmiyyətli layihələrin
mühafizəsi və beynəlxalq təhlükəsizliyə töhfə vermək məqsədilə çoxtərəfli əməkdaşlıq
həyata keçirilir. Mövcud vasitələr, müvafiq plan və proqramlardan istifadə etməklə
regionda qarşılıqlı maraqlar əsasında xarici tərəfdaşlara əməkdaşlıq təklif
edilir. Ölkəmizin hər bir vətəndaşı Azərbaycan kimi sülhsevər, qayğıkeş, öz
iradəsi və birliyi ilə seçilən bir ölkədə yaşaması ilə fəxr edir. Azərbaycan Prezidentinin fəaliyyətinin
əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində
qurulub. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu
siyasət növbəti illərdə də davam etdiriləcək, Respublikamız cənab İlham
Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək, qabaqcıl dövlətlər
arasında layiqli yerini daha da möhkəmləndirəcəkdir.
Mehriban Dadaşova
Neftçala şəhər sakini
Digər xəbərlər