Şanlı tariximizi heç bir qüvvə saxtalaşdıra bilməz
Azərbaycanın dövlət müstəqilliyi
əbədidir, sarsılmazdır, dönməzdir. Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş
üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz
azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq,
bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər
çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir.
Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Müstəqil
Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə heç də asan yolla çatmayıb.
1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi,
siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan ölkəmiz,
hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi
gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. O illərdə dövlətçiliyin
əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə
aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli
birlik yox idi. 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi. Böhran
hökm sürürdü - həm iqtisadi sahədə, həm siyasi, həmdə hərbi sahədə.
Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımız əldən
gedirdi. 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində
Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Dağlıq Qarabağ ilə Ermənistan
arasında bir bağlantı əldə edilmişdi. Və bu gənc dövlətimiz üçün ilk sınağ, ilk
imtahan idi. Təəsuflər olsun ki, biz bu imtahandan keçə bilmədik. Ermənistanın
azərbaycanlılara qarşı törətdiyi cinayətlər Azərbaycan üçün hər şeydən əvvəl
böyük insan itkiləri və iztirabları ilə müşayət olunan humanitar fəlakət
səviyyəsində ciddi problemlər yaratmışdır. Təcavüz nəticəsində 20 minə yaxın vətəndaşımız
qətlə yetirilmiş, 100 min nəfər yaralanmış, 50 mindən çox adam əlil olmuş, 5
minə yaxın insan isə əsir və itkin düşmüşdür. Xalqımızın əsrlər boyu
yaşadıqları indiki Ermənistan ərazisindən və işğal edilmiş torpaqlardan (20%) 1
milyondan artıq soydaşımız qovulmuş, qaçqın və məcburi köçkün həyatı sürməyə
məhkum edilmişdir. Vəziyyətin dərinləşdiyini və çıxılmaz olduğunu görən
xalqımız 1993-cu ildə Heydər Əliyevə müraciət etdi. Azərbaycan xalqı öz
xilasını, öz gələcəyini ancaq Heydər Əliyevdə görürdü və bu təsadüfi deyildi,
bu fikirlərin əlbəttə ki, çox böyük əsasları vardı. Çünki 1970-ci illərdə və
1980-ci illərin əvvəllərində Azərbaycanda yaşanan inkişaf Heydər Əliyevin adı
ilə bağlı olmuşdur. Azərbaycan üçün həlledici anlarda məhz onun qətiyyəti, onun
sözü həlledici rol oynamışdır. Heydər Əliyev Sovet İttifaqının dağılmasının
ərəfəsində də böyük siyasi cəsarət göstərərək daim öz xalqının həmişə yanında
idi. Təsadüfi deyil ki, Azərbaycan xalqı ən çətin anlarda Heydər Əliyevə
müraciət edərək öz seçimini etmişdir. 1993-cü ildən başlayaraq Azərbaycanda
böyük inkişaf və quruculuq işləri aparılmağa başlamışdır. İlk növbədə sabitlik
bərpa olundu, qanunsuz silahlı birləşmələr tərksilah edildi. İqtisadi sahədə
çox dəyərli təşəbbüslər irəli sürülmüşdür və ən önəmlisi ölkənin strateji
inkişafı haqqında düzgün seçim edilmişdir. Azərbaycan müasir, dünyəvi, dünya
birliyinə inteqrasiya edən, bazar iqtisadiyyatı prinsiplərinə, demokratik
əsaslara sadiq ölkə kimi inkişaf etməli idi. O strateji seçimi Azərbaycan xalqı
Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildə etmişdir və o ildən bu günə qədər
Azərbaycan inkişaf yolu ilə uğurla gedir. Ölkə iqtisadiyyatının canlandırılması
üçün yollar axtarılırdı. Çünki ölkə iqtisadiyyatı qeyd etdiyim kimi, tamamilə
dağılmış vəziyyətdə idi və xarici investisiyalarsız Azərbaycanın gələcəyi
mümkün deyildi. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görənUlu
Öndərin müstəqil, gənc Respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz
işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz
sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə
bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran
amillər böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatlı
olmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə
son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş
nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan “Əsrin müqaviləsi”
adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı
zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq
bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı. Azərbaycanın inkişafının
sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib faktorları sırasına
Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb. Ümummilli
Liderin qarşıya qoyduğu ümdə vəzifələri hal-hazırda layiqli davamçısı olan
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev layiqincə davam
etdirir. Hal-hazırda Respublikamız regionda əsas gücə çevrilmiş və hesablaşmalı
bir güc olmuşdur. Və biz bunu Cənab Ali Baş Komandanımızın rəhbərliyi altında
44 günluk “Vətən Müharibəsi”ndə həm Ermənistana ,həm də onun havadarlarına
göstərdik. ”VətənMüharibəsi”ndə torpaqlarımız işğaldan azad olunmuş, ərazi
bütövlüyümüz təmin edilmişdir. QarabağAzərbaycandır!
Tural Abbasov
Neftçala rayon sakini, müəllim
Digər xəbərlər